Koronavirusa yoluxmada rekord say

Koronavirusa yoluxmada rekord say qeydə alınıb.

Olaylar az xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiyada yanvarın 19-da 41 485 nəfərdə koronavirusa yoluxma halı aşkarlanıb. Hökumət və səhiyyə ekspertləri bəyan ediblər ki, virusin sürətlə yayılmasının qarşısı dərhal alınmalıdır.

Ölkədə ötən gün ilk dəfə 30 mini keçən yoluxma hallarının sayı yanvarın 19-da 41 min 485-ə çatıb. Bu ilin ilk günündə aşkarlanan 500-ə yaxın xəstəliyə yoluxma hallarının 18 gündə 80 dəfədən çox artdığı qeyd edilib.

Yanvarın 19-da paytaxt Tokioda 7 min 377, cənubdakı Osaka şəhərində isə 6 min 101 yoluxma aşkarlanıb. Hər iki şəhərdə yoluxma  qeydə alınıb. Baş nazir Kişida Fumio, COVID-19 Məşvərət Şurasının iclasından sonra qismən fövqəladə vəziyyəti 16 ştata uzatdıqlarını açıqlayıb.

Hökumətə bağlı COVID-19 Məsləhət Şurasının rəhbəri Omi Şigeru, sosial-iqtisadi fəaliyyətlərə mane olmağa ehtiyac olmadığını iddia edərək, ictimaiyyəti "böyük izdihamdan çəkinməyə" çağırdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31