Volodimir Zelenski Blinkenlə görüşdü - Fotolar
19 Yanvar 2022 20:30 DünyaUkrayna Prezidenti Volodimir Zelenski Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinkenlə görüşüb.
Olaylar.az xəbər verir ki, bu barədə Zelenski Tvitter hesabında məlumat yayıb.
V.Zelenski görüşün nəticəsi olaraq bildirib ki, Ukrayna ABŞ arasında iqtisadi və maliyyə əməkdaşlığının gücləndirilməsini səbirsizliklə gözləyir.
"ABŞ dövlət katibi Entoni Blinkenlə danışıqlar başa çatıb. Mən Ukrayna ətrafında vəziyyətin deeskalasiyası prosesində şəxsi iştirakınızı yüksək qiymətləndirirəm.
Birləşmiş Ştatların effektiv siyasi və təhlükəsizlik dəstəyinə görə minnətdarıq. Mən iqtisadi və maliyyə əməkdaşlığının gücləndirilməsini səbirsizliklə gözləyirəm. Əminəm ki, Ukraynasız Ukrayna ilə bağlı qərar olmayacaq", - deyə Zelenski bildirib.




Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31