Rusiyada koronavirusa yoluxanların sayı 11 milyona çatır
19 Yanvar 2022 13:29 DünyaRusiyada son sutkada koronavirusdan ölənlərin sayı daha 698 nəfər artaraq 323 376-ya yüksəlib.
Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, son bir gündə daha 33 899 nəfərə COVID-19 diaqnozu qoyulub. Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 10 899 411 nəfərə çatıb.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 9 925 855 nəfər sağalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31