ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın paytaxtı Kiyevdə səfərdədir.
Olaylar.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə CNN-in müxbiri Cennifer Hansler tviter səhifəsində məlumat verib.
Bildirilib ki, Entoni Blinken Ukrayna Prezidenti Voldomir Zelenski və xarici işlər naziri Dmitri Kuleba ilə görüşəcək.