Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfər edəcək
19 Yanvar 2022 11:07 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Ukraynaya səfər edəcək.
Olaylar.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın söyləyib.
"Fəsadları böyük olacaq istənilən hərbi əməliyyatlardan qaçınmaq üçün Rusiya ilə sıx təmasda olacağıq", - sözçü bildirib.
Onun sözlərinə görə, Türkiyə Ukraynanın ərazi bütövlüyü, siyasi suverenliyi və sosial bütövlüyünü dəstəkləyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31