Rusiya, İran və Çin birgə hərbi təlimlərə başlayır
18 Yanvar 2022 22:40 DünyaRusiya, İran və Çin birgə hərbi dəniz təlimləri keçirəcək.
Olaylar.az RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Rusiya Sakit okean Hərbi Dəniz Donanması məlumat yayıb.
Məlumata görə, təlim Fars körfəzi ərazisində keçiriləcək.
Qeyd olunur ki, təlimlərin əsas vəzifəsi beynəlxalq gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi və dəniz quldurlarına qarşı mübarizə üzrə tədbirlərin işlənib hazırlanmasıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31