Vladimir Putin və İbrahim rəis yanvarın 19-da  Moskvada görüşəcək

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti İbrahim Rəisi sabah Moskvada İranın nüvə sazişini müzakirə edəcəklər.
Kreml Sarayından edilən yazılı açıqlamaya görə, Putinlə rəis arasında keçiriləcək görüşdə ikitərəfli əlaqələr, ticarət və iqtisadiyyat sahələrində ortaq layihələrin həyata keçirilməsi müzakirə olunacaq.

İki lider, həmçinin cari beynəlxalq və regional problemləri, eləcə də İranın nüvə sazişi məsələsini müzakirə edəcəklər.
 

Avstriyanın paytaxtı Vyanada İranın nüvə sazişinin tam şəkildə yenidən həyata keçirilməsi üçün Müştərək Hərtərəfli Fəaliyyət Planı adlandırılan danışıqların 8-ci raundu 3 günlük fasilədən sonra yanvarın 3-dən etibarən fasiləsiz davam edir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31