İndoneziyanın paytaxtı dəyişir: Onun yeni adı da məlum olub

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, İndoneziyanın Planlaşdırma naziri Suharso Monoarfa yanvarın 18-də  parlamentin ölkənin paytaxtı Cakartadan Borneo adasındakı Kalimantan meşəlik ərazisinə köçürülməsini nəzərdə tutan qanun layihəsini təsdiqlədiyini açıqlayıb.

Nazir Monoarfa, yeni mərkəzin prezident Widodo tərəfindən seçildiyini və "Nusantara" adının veriləcəyini bildirib. Nusantara Yava dilində "arxipelaq" deməkdir.

Prezident Coko Vidodonun 33 milyard dollarlıq iddialı meqalayihə üçün hüquqi bazanı təmin edən yeni qanun paytaxtın inkişafının necə maliyyələşdiriləcəyini və idarə olunacağını da əhatə edir.

"Yeni paytaxtın mərkəzi funksiyası var. Bu şəhər yeni iqtisadi ağırlıq mərkəzinin, eləcə də millətin kimliyinin simvoludur", - nazir Suharso Monoarfa qanun layihəsinin qəbulundan sonra parlamentdə deyib.

Yeni paytaxt üçün təqribən 33 milyard dollar xərclənəcəyi gözlənilir və köçürülmənin 2024-cü ildə başlanması planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31