Bu ölkədə 3,5 bal gücündə zəlzələ baş verib
18 Yanvar 2022 14:17 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Yanvarın 18-də Cənubi Afrikada 3,5 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə "Independent Online" portalı Cənubi Afrikanın Seysmoqrafik Xidmətinə istinadən məlumat yayıb. Yeraltı təkanlar səhər tezdən Yohannesburq yaxınlığında və Qautenq əyalətinin şərq hissəsinin digər ərazilərində baş verib. Zəlzələnin episentri Yohannesburqdan 51 km aralıda yerləşən Vestonariya kəndində yerləşib.İlkin məlumata görə, hadisə mədən ərazisində baş verib. Zəlzələnin mümkün fəsadları barədə hələlik məlumat verilmir. Cənubi Afrikada seysmik təkanlar tez-tez böyük dərinliklərdə həyata keçirilən şaxtalarda partlayışlar nəticəsində yaranır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31