Blinken yanvarın 20-də Berlinə səfər edəcək
18 Yanvar 2022 13:14 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken yanvarın 20-də Berlinə səfər edəcək, burada Almaniya kansleri Olaf Şolz və xarici işlər naziri Annalena Burbok ilə görüşəcək. Bu barədə yanvarın 18-də n-tv kanalı öz mənbələrinə istinadən məlumat yayıb. Telekanalın məlumatına görə, danışıqların əsas mövzusu Ukrayna ətrafında vəziyyət olacaq. Burbok yanvarın 17-də Kiyevdə danışıqlar aparıb və bu gün o, Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31