Almatıda iğtişaşlar zamanı 165 polis maşınına ziyan vurulub

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Almatıda iğtişaşların iştirakçıları 165 polis maşınına ziyan vurublar. 

Bu barədə yanvarın 18-də şəhər polis idarəsinin mətbuat xidməti məlumat yayıb.

"İğtişaşlar nəticəsində 165 xidməti maşın zədələnib, onlardan 53-ü yandırılıb. Zərər çəkmiş avtomobillərin ümumi sayından 64-nü bərpa etmək mümkün deyil", - məlumatda deyilir.

Agentliyin məlumatına görə, şəhərdə iğtişaşlar zamanı polisin beş ön ofisi yanıb, idarənin və Almatı rayon polis idarəsinin binalarına ziyan dəyib. Hüquq-mühafizə orqanlarının 19 modul və 13 ekoloji postu zədələnərək yandırılıb.

Xatırladaq ki, Yanvarın 2-də Qazaxıstanın bir sıra şəhərlərində etiraz aksiyaları keçirilib və bu etirazlar bir neçə gün sonra iğtişaşlara və talanlara çevrilib. Onlar ölkənin bir çox şəhərlərində, ilk növbədə Alma-Atada polisə, hərbçilərə və hakimiyyət orqanlarına hücumlarla müşayiət olunub. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin müraciətindən sonra KTMT ölkələri respublikaya sülhməramlılar göndərib. Hakimiyyət orqanlarının məlumatına görə, bütün bölgələrdə konstitusiya quruluşu bərpa olunub. Baş Prokurorluğun məlumatına görə, iğtişaşlar zamanı 4,5 mindən çox insan xəsarət alıb, ölənlərin 225 cəsədi morqlara çatdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31