Gürcüstanda daha 7521 nəfər koronavirusa yoluxub

Gürcüstanda son sutka ərzində daha 7 521 nəfərdə koronavirus aşkarlanıb.Olaylar.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.Məlumata əsasən, daha 3 160 nəfər müalicə olunaraq sağalıb, 31 pasiyent isə vəfat edib.Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 1 006 864 nəfərin yoluxduğu müəyyən olunub. Onların 934 667-si sağalıb, 14 512-si isə dünyasını dəyişib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31