Yaponiyada COVID-19-la bağlı fövqəladə vəziyyət elan edildi
18 Yanvar 2022 11:46 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki,Yaponiya COVID-19-a qarşı qismən fövqəladə vəziyyətin əhatə dairəsini paytaxt Tokio və daha 10 əyalətə uzatmağı planlaşdırır. Həftə ərzində elan edilməsi gözlənilən qərara əsasən, qismən fövqəladə vəziyyət həftə sonundan etibarən 3 həftə müddətində qüvvədə qalacaq.
Yaponiyanın Kyodo agentliyinin kabinetdəki mənbələrə əsaslanaraq verdiyi xəbərə görə, hökumət epidemiya ilə mübarizədə qismən fövqəladə vəziyyətin tətbiqini genişləndirəcək.
Müvafiq olaraq, hazırda Yamaquçi, Xirosima və Okinavada tətbiq olunan qismən fövqəladə vəziyyətin əhatəsinə Tokio və daha 10 əyalət əlavə olunacaq.
Hökumət tərəfindən həftə ərzində elan edilməsi gözlənilən qərara əsasən, qismən fövqəladə vəziyyət həftə sonundan etibarən 3 həftə müddətində qüvvədə qalacaq.
Tətbiqə Tokio və ətrafdakı Saitama, Çiba, Kanaqava və müxtəlif bölgələrdə Gifu, Mie, Aichi, Niigata, Kumamoto, Miyazaki, Naqasaki daxildir.