Sergey Lavrov və Abdullahian arasında telefon danışığı oldu
17 Yanvar 2022 23:45 DünyaRusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub.
Söhbət zamanı nüvə sazişinin tam icrasını bərpa etmək üçün Vyanada bərpa olunan danışıqlar kontekstində İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) ilə bağlı vəziyyət müzakirə olunub.
Həmçinin ikitərəfli münasibətlərin müxtəlif aspektləri, o cümlədən qarşıdan gələn siyasi təmasların məzmunu barədə fikir mübadiləsi aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31