Dünyada koronavirusa yoluxanların sayı 325 milyonu keçib
17 Yanvar 2022 22:41 DünyaDünyada koronavirusa yoluxanların sayı 325 milyonu keçib.
Olaylar.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.
Məlumata əsasən, son sutka ərzində koronavirusa 2 669 054 yoluxma halı və 6 916 ölüm halı qeydə alınıb.
Hazırkı dövrədək koronavirusa 326 279 424 nəfər yoluxub. Onlardan 5 536 609 nəfəri vəfat edib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31