“Omikron”un yeni mutasiyası ortaya çıxdı
17 Yanvar 2022 21:26 Dünyaİsveçin Uppsala Universiteti Xəstəxanasında koronavirusun "Omikron" variantının yeni mutasiyası aşkarlanıb.
Olaylar.az yerli KİV-ə istinadən xəbər verir ki, yeni alt variant cümə günü üç nəfər xəstədə müəyyənləşdirilib və BA.2. adı verilib.
Hələlik bu mutasiya haqqında məlumat azdır, onun nə qədər təhlükəli və yaxud yoluxucu olması bəlli deyil.
Yeni mutasiyanın Hindistanın Kəlküttə şəhərində xeyli yayıldığı, habelə Danimarka və Norveçdə aşkarlandığı bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31