Tokayev xüsusi nümayəndəsini vəzifədən azad etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Baykonur" kompleksindəki xüsusi nümayəndəsi Serik Süleymenovun vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.

Olaylar.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Süleymenov 2020-ci ilin aprel ayından "Baykonur" kompleksinin yerləşdiyi Qazaxıstanın Qızılorda vilayətinin akiminin (rəhbərinin) müavini vəzifəsində çalışır. Elə həmin il o, prezidentin "Baykonur" üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31