BƏƏ-də  partlayış, hava limanına hücum etdilər

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, BƏƏ-nin paytaxtı Əbu-Dabidə hava limanı yaxınlığında yanğın baş verib.

Bundan əlavə, Əbu-Dabidə üç neft yüklü tankerin partladığı bildirilib.

Əbu-Dabi polisi hadisələrin pilotsuz təyyarə hücumu ola biləcəyini söyləyib.

Husilər isə BƏƏ-də baş verən hadisələrin təfərrüatlarını yaxın saatlarda açıqlayacaqları barədə məlumat  verib.

"BƏƏ-yə qarşı əməliyyatın təfərrüatlarını paylaşacağıq", - məlumatda deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31