Bu ölkədə hicablı tələbələrin dərsə buraxılmasına icazə verilmir
17 Yanvar 2022 13:55 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanın cənubundakı Karnataka ştatında dövlət universitetində bir qrup müsəlman tələbə direktorlarının dərsdə hicab taxmasına icazə vermədiyi üçün həftələrdir sinifdən kənarda oturublar.
Hindistan mətbuatından verilən məlumata görə, Udupi şəhərindəki dövlət qadın universitetinin 4 tələbəsi ayın əvvəlindən dərsdən kənarda mühazirələrə qulaq asmağa çalışıblar. Onların dərsdə hicab taxmasına icazə verilmir.
Hindistanın Press Trust xəbər agentliyinin məlumatına görə, universitetin direktoru Rudra Qouda tələbələrin məktəb binasında hicab taxmasına icazə verildiyini, lakin sinif otaqlarında qadağan olunduğunu bildirib.
Direktor problemin həlli və universitetin qayda-qanunlarını izah etmək üçün universitetin tezliklə tələbə qızların ailələrini görüşə dəvət edəcəyini açıqlayıb.
Universitetin İnkişaf Komitəsinin sədr müavini Yaşpal Suvarna yanvarın 15-də Deccan Herald-a bildirib ki, universitetdə təhsil alan azlıq icmalarından olan 150 qadından heç biri "heç bir (oxşar) xahişlə müraciət etməyib" qeyd edib.