Koronavirusdan ölənlərin sayı 670 nəfər artaraq 321 990 nəfərə çatıb

Olaylar.az  TASS-a istinadən xəbər verir ki, Rusiyada koronavirusa yoluxanların sayı sutka ərzində 30 726 nəfər artaraq 10 834 260 nəfərə çatıb.

Bu barədə yanvarın 17-də  infeksiya ilə mübarizə üzrə federal operativ qərargahda məlumat verilib.

Yoluxmaların  nisbi artım tempi 0,28% təşkil edib.

Gün ərzində sağalmış xəstələrin sayı 19 756 nəfər artaraq 9 878 371 nəfərə çatıb.Qərargahdan verilən məlumata görə, evə buraxılan xəstələrin xüsusi çəkisi ümumi yoluxanların sayının 91,2%-nə qədər azalıb.

Koronavirusdan ölənlərin sayı ötən günə nisbətən 686 nəfər,  gün ərzində 670 nəfər artaraq 321 990 nəfərə çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31