Kemerovo vilayətinin qubernatoru COVID-19-a yoluxub

Kemerovo vilayətinin qubernatoru Sergey Tsivilev COVID-19-a yoluxub. Olaylar.az xəbər verir ki, Tsivilevin PCR testinin müsbət nəticəsi haqqında regional hökumət administrasiyasının mətbuat xidməti məlumat verib.
Qeyd edilir ki, Tsivilev COVID-19-dan yüngül formada əziyyət çəkir və hazırda distant rejimdə işləməyə davam edir.
Qeyd edək ki, Kemerovo vilayətinin qubernatoru Tsivilev 21 oktyabr 2020-ci ildə  də yüngül koronavirus infeksiyasına yoluxmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31