Bu ölkədə silahlı hücum: 50 ölü

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Nigeriyanın Kebbi əyalətində silahlıların hücumu nəticəsində 50 nəfər həlak olub.

Bu barədə  Nigeriyanın Milli mətbuatda çıxan xəbərlərdə deyilir. 

Kebbi vilayətinin Dankade kəndində motosikletli onlarla silahlı şəxs əsgərlər və polislər arasında qarşıdruma yaranıb.

Qarşıdurmadan sonra silahlıların hücumu nəticəsində 2-si əsgər olmaqla 50 nəfər həlak olub.

Çox sayda insanın yaralandığı hücumda onlarla ev uçub, çoxlu mal-qara tələf olub.

Son zamanlar silahlı şəxslərin ölkədə motosikletlərə hücumları səbəbindən bəzi ştatlarda motosikletdən istifadə qadağan edilib.
 Yanvarın 4-5-də Zamfara əyalətində silahlı şəxslərin həyata keçirdikləri reydlərdə 200-dən çox insan həlak olub.


Ölkədəki silahlı dəstələri terrorçu elan edən prezident Buhari əyalətə qoşun yeridilməsi qərarını verərkən Zamfarada baş verən hücumdan dərhal sonra cinayətkarların tapılmasını əmr edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31