Bu ölkədə COVID-19-a yoluxanların sayı 8 milyonu ötdü
17 Yanvar 2022 12:17 DünyaSon sutka ərzində Almaniyada daha 34 145 nəfər koronavirusa yoluxub. Bununla da, pandemiya baş qaldırandan indiyədək bu virusa yoluxanların sayı 8 milyon 122 min nəfərə çatıb.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə daha 30 nəfər koronavirusun qurbanı olub. Beləliklə, Almaniyada bu səbəbdən ölənlərin sayı 115 649 nəfərə çatıb.
Hazırda Almaniyada koronavirusun "Omikron" ştamı geniş yayılıb.
Peyvənd olunmamış Almaniya vətəndaşlarının restoranlara, teatrlara, konsertlərə, fitnes-klublara getməsinə qadağa tətbiq edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31