Bu ölkədə koronavirusa qarşı qismən fövqəladə vəziyyət tətbiq oluna bilər

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki,Yaponiyada ilin əvvəlindən gündəlik COVID-19 hadisələrinin artması paytaxt bölgəsində qismən fövqəladə vəziyyətin gündəmə gəlməsinə səbəb olub.

Tokio Böyükşəhər Qubernatorluğu, şəhərdə gündəlik COVID-19 hadisəsinin 4,000-dən çox olduğunu bildirib.

Nazirlər Kabinetinin Baş Katibi Matsuno Hirokazu,  təkcə paytaxt ərazisində deyil, bir çox yerdə  virusun sürətlə yayıldığını qeyd edib.

Matsuno bildirib ki, paytaxtın yerli hökuməti tərəfindən tələb olunarsa, onlar Tokioda qismən fövqəladə vəziyyətə hazırlıq işlərini nəzərdən keçirəcəklər.

Kyodo agentliyinin məlumatına görə, ölkə daxilində virusa yoluxanların sayı 2021-ci ilin avqustundan bəri ilk dəfə 25 mini keçib.

Nəzərə alsaq ki, 2022-ci il yanvarın 1-nə ölkə üzrə aşkar edilmiş yoluxma hallarının sayı 457 olub, son 2 həftədə gündəlik yoluxmaların sayı 50 dəfə artıb.

Yaponiyada indiyədək qeydə alınan ən yüksək gündəlik yoluxma sayı 20 avqust 2021-ci ildə 25,992 nəfər olub.

Hazırda Yamaquçi, Xirosima və Okinavada qismən fövqəladə vəziyyət qüvvədədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31