3 həftəlik körpə koronavirusdan dünyasını dəyişib

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Qətərin Səhiyyə Nazirliyi ölkədə 3 həftəlik körpənin COVID-19 səbəbilə dünyasını dəyişdiyini açıqlayıb.

Nazirlik sözügedən körpənin başqa məlum tibbi və ya irsi xəstəliklərinin olmadığını açıqlayıb.

 Açıqlamada COVID-19 epidemiyasının yeni dalğasında gənclərin yaşlılarla müqayisədə ciddi risk altında olduğu, hazırkı dalğada daha çox uşağın yoluxduğu və əvvəlki dalğalarla müqayisədə tibbi yardıma ehtiyacı olduğu qeyd edilib.

Keçən il Qətərdə 11 yaşlı uşaq koronavirusdan dünyasını dəyişmişdi.

Ölkədə epidemiya başlayandan indiyədək 299 min 242 nəfərdə COVID-19 aşkarlanıb, 626 nəfər isə virusdan dünyasını dəyişib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31