Almaniya Qazaxıstana uçuşları  dayandırıb

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyanın "Lufthansa" şirkəti Qazaxıstanla uçuşları yanvarın 22-dək dayandırıb. 

Bu barədə yamvarın 17-də  Qazaxıstan Sənaye və İnfrastruktur İnkişaf Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Lufthansa Hava Yolları 2022-ci il yanvarın 22-dək Qazaxıstana uçuşları müvəqqəti olaraq dayandırır", -məlumatda  deyilir.

Agentliyin məlumatına görə, yanvarın 17-nə Rusiyaya uçuşlar da daxil olmaqla, respublikada 66 beynəlxalq reysin yerinə yetirilməsi planlaşdırılır. Yanvarın əvvəlində ölkədə baş verən iğtişaşlar zamanı Qazaxıstanla hava əlaqəsinin qrafiki pozulub.

Xatırladaq ki, Yanvarın 2-də Qazaxıstanın bir sıra şəhərlərində etiraz aksiyaları keçirilib və bir neçə gün sonra iğtişaşlara və talanlara çevrilib. Baş Prokurorluğun məlumatına görə, 4,5 mindən çox insan xəsarət alıb, 225 ölü meyiti morqlara təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31