Avtobus uçuruma yuvarlandı: 5  ölü, 20 nəfər yaralı

Olaylar.az xəbər verir ki,  Mərkəzi Amerika ölkəsi Qvatemalada avtobus uçuruma çırpılıb. Qəzada 5 nəfər ölüb, 20 nəfər yaralanıb.

Çimaltenanqo şəhərində avtomobil yolunda sürücünün idarəetməni itirməsi nəticəsində avtobus 50 metrlik uçuruma aşıb.


Yaralılara yaxınlıqdakı xəstəxanalarda tibbi yardım göstərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31