Çinin paytaxtına gələn insanlar COVID-19 ilə bağlı testdən keçməli olacaqlar
16 Yanvar 2022 21:45 DünyaPekin hakimiyyəti yanvarın 22-dən etibarən bütün şəxslərdən Çinin paytaxtına gələndən 72 saat ərzində COVID-19 ilə bağlı testdən keçməyi tələb edəcək.
Olaylar.az-ın məlumatına görə, bu barədə "CGTN" televiziya kanalı xəbər verib.
Məlumata əsasən, bu tədbirlər martın sonuna qədər davam etməlidir.
Telekanal bildirib ki, eyni zamanda, bundan əvvəl hakimiyyət paytaxta gələn şəxslərdən gəlməmişdən əvvəl 48 saat ərzində edilən koronavirus ilə bağlı neqativ "PCR" testi və xəstəliyin olmaması ilə bağlı xüsusi kod tələb ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31