Malinin devrilən prezidenti dünyasını dəyişdi

Malinin hərbi çevriliş nəticəsində devrilmiş prezidenti İbrahim Bubakar Keyta dünyasını dəyişib.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə eks-prezidentin ailəsi məlumat yayıb. Keytanın ölüm səbəbi dəqiqləşdirilməyib. 

Qeyd edək ki, sabiq prezidentin yanvarın 29-da 77 yaşı tamam olacaqdı. O, 2013-2020-ci illərdə Malinin prezidenti olub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31