Türkiyədə təyyarə ilə şəhərlərarası səyahət edənlərdən PCR testi tələb olunacaq

Türkiyədə təyyarə ilə şəhərlərarası səyahətdə yenidən PCR testi məcburiyyəti gətirilib.

Təyyarə ilə ölkə daxilində reyslərdə peyvənd olunmayan və ya peyvənd prosesini tamamlamayan, 180 gün ərzində COVID-19 keçirməmiş şəxslərdən PCR testi tələb olunacaq.

Olaylar.az xəbər verir ki, bu barədə məlumat Türkiyə Daxili İşlər Nazirliyinin valilərə göndərdiyi yeni təlimatda əksini tapıb.

Ölkə üzrə PCR testi tələbi kino, teatr, konsert və əhalinin sıx toplaşdığı bu kimi tədbirlərə şamil olunmur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31