İsveç hərbçilərini Malidən çıxarır

İsveç hökuməti hərbçilərini Malidən çıxarmağı planlaşdırır.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsveç hökuməti adından xarici işlər naziri Ann Lindenin yaydığı yazılı açıqlamada bildirilib.
"Rusiyanın muzdlu "Vaqner" dəstəsinin hərbçilərinin Malidə yerləşdirilməsinə dair əlimizdə sübutlar var. Hərbi xuntanın normal seçkilərə hörmət etmədiyi də ortadadır. Bunların da bizim birliklərə təsir edəcəyini düşündüyümüz üçün hərbçilərimizi Malidən çıxarmağı planlaşdırırıq",- açıqlamada vurğulanıb.
Sabitlik və sülhün təmin olunması məqsədilə BMT sülhməramlı missiyası daxilində İsveçin 215 hərbçisi Malidə xidmət edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31