Qatar qəzaya uğradı: 9 ölü

Olaylar.az xarici KİV-ə istinadən xəbə verir ki, Hindistanın Qərbi Benqal əyalətində sərnişin qatarının relsdən çıxması nəticəsində baş verən qəzada ölənlərin sayı 9-a çatıb.

Xəstəxana rəsmiləriyanvarın 13-də Bikaner şəhərindən Qauhati şəhərinə gedən qatarın 12 vaqonunun relsdən çıxması nəticəsində baş verən qəzada ölənlərin sayının 9-a, yaralıların sayının isə 37-yə yüksəldiyini açıqlayıb.

Yaralılardan 6-nın vəziyyəti ağırdır.

Hindistanın dəmir yolu naziri Ashwini Vaishnaw qəza yerinə baxış keçirib.

"İlkin araşdırmalar göstərir ki, lokomotiv avadanlığında nasazlıq var", - Vaişnau burada deyib.

İstintaqın qəzanın əsl səbəbini tapmaq üçün davam etdiyini qeyd edən Vaişnaw, ölən sərnişinlərin ailələrinə və yaralılara təzminat ödəniləcəyini bildirib.

Digər tərəfdən, Uttar Pradeş ştatında 2016-cı ildə qatarın 14 vaqonunun relsdən çıxması nəticəsində 127 nəfər ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31