Ermənistan, Qırğızıstan və Tacikistandan olan sülhməramlılar Qazaxıstanı tərk ediblər
14 Yanvar 2022 11:45 DünyaOlaylar.az xəbər verir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistan, Qırğızıstan və Tacikistandan olan sülhməramlı bölmələri Almatıdan daimi qərargahlarına yola düşüb.
Erməni bölmələri avtomobillərini və şəxsi heyətini Rusiya Aerokosmik Qüvvələrinə məxsus üç nəqliyyat təyyarəsinə yükləyib və Almatı hava limanından yola düşüb.
Tacikistandan olan hərbçilər Rusiyanın 1 İl-76 təyyarəsinin göyərtəsində yola düşüb, həmçinin Qazaxıstanın hərbi təhsil müəssisələrində təhsil alan kursantlarını da məzuniyyətə aparıblar.
Qırğızıstan sülhməramlıları onların mühafizəsi altında olan Almatı İES-2-nin ərazisindən avtomobil karvanı ilə öz ölkələrinin ərazisinə yola düşüb. Onlar təxminən 250 kilometr yol qət edərək Qırğızıstan sərhədinə qədər gedəcəklər.
KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələri Qazaxıstanda vəziyyəti normallaşdırmaq üçün məhdud müddətə Qazaxıstana göndərilib. Sülhməramlıların mərhələli şəkildə çıxarılması yanvarın 13-dən başlayıb.
MƏNBƏ: TASS