Gürcüstanda daha 5 567 nəfər koronavirusa yoluxub
14 Yanvar 2022 11:44 DünyaGürcüstanda son sutkada koronavirusa 5 567 yeni yoluxma faktı təsdiqlənib, 36 nəfər vəfat edib.Olaylar.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.Daha 1 661 nəfərin müalicə olunaraq sağaldığı qeyd olunub.Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 984 802 nəfər yoluxub. Onların 924 072-si sağalıb, 14 395-i isə dünyasını dəyişib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31