Bu ölkədə maska taxma qadağası ləğv olundu
14 Yanvar 2022 11:42 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Parisdə açıq havada maska taxmaq artıq məcburi deyil. Fransanın paytaxtı Parisdə dekabrın 31-də qüvvəyə minən qubernatorun açıq havada maska taxmağı məcburi edən fərmanı Paris inzibati məhkəməsi tərəfindən dayandırılıb.
Fərmanın dayandırılmasını tələb edən vəkil Jean-Baptiste Soufron açıq havada maska taxılması ilə bağlı "İnzibati məhkəmə qərarın nə zəruri, nə də qəti şəkildə mütənasib olmadığı üçün dayandırılmasını istədi" deyə söyləyib.
Yanvarın 13-də Versal məhkəməsi Yvelines rayonu ilə bağlı oxşar qərarın icrasını dayandırıb. Məhkəmə açıq havada maskaların məcburi taxılmasını "fərdi azadlığa həddindən artıq, qeyri-mütənasib və yersiz hücum" adlandırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31