Bu ölkədə Son sutkada 43 min 523 yeni yoluxma halı qeydə alınıb
14 Yanvar 2022 11:41 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, COVID-19 epidemiyasında Latın Amerikası ölkələri arasında Braziliyadan sonra ən çox ölümün yaşandığı ölkə olan Meksikada son 24 saatda 43 min 523 nəfərin testi müsbət çıxıb.
Ümumi yoluxma sayının 4 milyon 257 min 776-ya çatdığı ölkədə sağalanların sayı isə 3 milyon 383 min 566 nəfər olaraq qeydə alınıb.
Ölkədə 4-cü dalğanın təsirli olduğu bu gün epidemiya başlayandan bəri ən çox gündəlik yoluxma halı qeydə alınıb.
COVID-19-dan ölənlərin sayı son sutkada 148 nəfər artaraq 300 min 912 nəfərə çatıb. Aktiv halların sayı 257 min 283-ə yüksəlib.
Səhiyyə katibinin müşaviri Hugo Lopez-Gatell verdiyi açıqlamada, COVID-19-a yoluxmuş insanlarla təmasda olan vətəndaşların sınaqdan keçirilməməli, əksinə evdə özlərini təcrid etmələri lazım olduğunu söyləyib.
Bildirilib ki, Meksikada kütləvi peyvənd olunma çərçivəsində əhalinin 64 faizi birinci dozanı, 57 faizi isə ikinci dozanı alıb.
COVID-19 məlumatlarının toplandığı "Worldometers" saytına görə, 126 milyondan çox əhalisi olan Meksika, "dünyada ən çox yoluxma halına gələn 16-cı ölkədir".