Hindistanda qatar qəzası zamanı ölənlərin sayı 9-a çatıb
14 Yanvar 2022 11:40 DünyaHindistanda sərnişin qatarının 12 vaqonunun relsdən aşması nəticəsində 9 nəfər ölüb, 70-dən çox sərnişin xəsarət alıb.
Olaylar.az xəbər verir ki, hadisə Qərbi Benqal ştatında baş verib.
Hazırda xilasetmə əməliyyatları başa çatdırılıb, araşdırma aparılır. Hadisə zamanı qatarda 1 053 sərnişin olub. Ölkənin yollar naziri ölənlərin hər birinin ailəsinə 500 min, ağır xəsarət alanların hər birinə 100 min, yüngül xəsarət alanların hər birinə isə 25 min rupi ödəniş ediləcəyini açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31