Estoniya, Latviya və Litvadan NATO-ya MÜRACİƏT: “Bu, Rusiya üçün...”

Estoniya, Latviya və Litva NATO-ya alyansın bu ölkələrdə hərbi mövcudluğunu artırması xahişi ilə müraciət ediblər.

"Ölkə.Az"ın məlumatına görə, bu açıqlamanı Estoniyanın Baş naziri Kaya Kallas verib.

K.Kallasın fikrincə, bu artım Rusiya üçün "çəkindirici" ola bilər.

NATO-nun anonim diplomatı xəbəri dərc edən mənbəyə bildirib ki, Baltikyanı ölkələrin tələbinə fevralın ortalarında alyans üzvlərinin müdafiə nazirlərinin görüşündə baxıla bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31