Rusiya Ukrayna sərhədində hərbi təlimə başladı
13 Yanvar 2022 20:10 DünyaRusiya ordusu Ukrayna sərhədləri yaxınlığında hərbi təlimlərə başlayıb.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təlimlərə 10 mindən çox hərbçi cəlb edilib. Manevrlər Volqoqrad, Həştərxan, Stavropol, Rostov və Krasnodar bölgələrində keçiriləcək.
Həmçinin, Rusiyanın Qara dəniz və Xəzərdəki donanmaları da təlimlərə qatılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31