Zaxarova Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən danışdı

Rusiya Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən ciddi narahatdır və tərəfləri münaqişənin hərbi yolla həllindən çəkinməyə çağırır.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in sözüçü Mariya Zaxarova məlumat verib.

Zaxarova gərginlikdən qaçmağın əsas həllini sərhədin delimitasiya və demarkasiya prosesinin başlanmasında gördüyünü bildirib.

O qeyd edib ki, bu məsələdə Rusiya hərtərəfli yardım etməyə hazırdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31