KTMT sülhməramlıların Qazaxıstandan çıxarılması qaydasını sabah təsdiq edəcək
12 Yanvar 2022 23:40 DünyaKollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Müdafiə Nazirləri Şurası yanvarın 13-də keçiriləcək növbədənkənar iclasında sülhməramlıların Qazaxıstandan çıxarılması qaydasını təsdiq edəcək.
APA-nın xəbərinə görə, bir müddət əvvəl KTMT-nin saytında sülhməramlı kontingentin yanvarın 13-dən etibarən çıxarılması və prosesin 10 günə yekunlaşacağı barədə xəbər yayılmışdı.
Saytda daha sonra bildirilir ki, iclasında sülhməramlıların çıxarılması qaydası onlayn rejimdə keçirilən iclasda təsdiq edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31