Almaniyada son 75 ildə bir ilk - 1 milyon insan öldü

Almaniyada ölüm sayı 1946-cı ildən bəri ilk dəfə olaraq bir milyonu ötüb.

Olaylar.az  "Lenta.ru" saytına istinadən xəbər verir ki, 2021-ci ildə ölkədə insanlar arasında ölüm halı 1 milyon 17 min olub.

Rekord ölüm sayının qeydə alınması digər amillərlə yanaşı, koronavirus pandemiyası ilə əlaqələndirilir. Bundan əlavə, Almaniya əhalisinin qocalması da ölüm hallarının sayının artmasında mühüm rol oynayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31