318 432  nəfər koronavirusdan  dünyasını dəyişib

Olaylar.az TASS-a istinadən xəbər verir ki, Rusiyada son sutka ərzində koronavirusa yoluxanalrın sayı 17 946 artaraq, 10 702 150-yə çatıb, 

Bu barədə antikoronavirus böhran mərkəzi  mediaya açıqlamasında bildirib. 

Yeni yoluxmaların nisbi artımı 0,17% təşkil edib.

Xüsusilə də, son sutka ərzində Moskvada 4008 yeni yoluxma, Sankt-Peterburqda 1659, Moskva vilayətində isə 1238 yeni yoluxma halı aşkar edilib. Həmçinin,  Rostovda- 367, Sverdlovskda- 366, Krasnodar vilayətində- 347, Perm vilayətində 300 yeni yoluxma halı qeydə alınıb.

Hazırda Rusiyada 625 354 xəstənin müalicəsi davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31