ABŞ-dan Rusiyaya növbəti XƏBƏRDARLIQ
12 Yanvar 2022 10:30 Dünya"Ciddi iqtisadi addımlar və bəzi ixracat məhdudlaşdırılmalarının Rusiyaya ciddi təsiri olacaq".
Olaylar.az "Anadolu"ya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoria Nuland deyib.
O, Rusiyanın Ukraynanı təhdid etdiyini, Avropada təhlükəsizliyi zərbə altına atdığını bildirib: "Rusiya Ukrayna üzərindəki təzyiqləri dayandırmasa, ABŞ müttəfiqləri ilə birlikdə Rusiyaya qarşı ciddi addımlar atmağa hazırdır. Müttəfiqlərimizlə əməkdaşlığa çox inanırıq. Təxminən 2 ay yarımdır ki, bu istiqamətdə müxtəlif səviyyələrdə işlər gedir", - o deyib.
Qeyd edək ki, Viktoria Nuland dünən NATO baş katibi Yens Stoltenberqlə görüşüb. Görüş zamanı əsas müzakirə mövzusu Rusiya-Ukrayna arasındakı münasibətlər olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31