Ermənistanın Qazaxıstana göndərdiyi əsgər sosial şəbəkələrdə məsxərəyə qoyuldu - FOTO
12 Yanvar 2022 10:21 DünyaXəbər verdiyimiz kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Təhlükəsizlik Şurasının qərarı ilə Qazaxıstana gedən 2500 hərbçi arasında 70 erməni əsgəri də olub.
Olaylar.az xəbər verir ki, vəzifəsi Qazaxıstandakı çörək zavodlarını qorumaq olan həmin erməni əsgərlərdən birinin fotosu sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Belə ki, erməni əsgərin çəkisi sosial mediada məsxərəyə qoyulub.
Bəzi istifadəçilər sosial şəbəkələrdə "hazırda acından ölürük", "sobaları onlardan qorumaq lazımdır", "dostlarına qorxu, düşmənlərinə güvən verən ermənilər", "çörəyi qorumağın ən yaxşı yolu çörəkləri yeməkdir" və s. tipli şərhlər yazılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31