Baş nazirin evində axtarış edən polis faktın üstünü açdı
11 Yanvar 2022 18:43 Dünyaİsveçin Baş naziri Maqdalena Andersson evində qeyri-qanuni mühaciri çalışdırıb.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, polis baş nazirin evində əməliyyat keçirərək faktın üstünü açıb.
Maqdalena Andersson açıqlama verərək bildirib ki, təmizlik şirkət tərəfindən aldadılıb.
Qeyri-qanuni işləyən Nikaraquadan olan 25 yaşlı təmizlik işçisi polisə verdiyi ifadəsində 2020-ci ilin yazında deportasiya əmri verildikdən sonra qeyri-qanuni işlədiyini etiraf edib.
Qadın həmçinin 2020-ci ilin payızında Stokholmdakı bir mağazada oğurluq etməkdə təqsirli bilinib.
Təmizlik şirkəti hadisədən sonra verdiyi açıqlamada qadının onlara başqa təmizlik şirkəti tərəfindən göndərildiyini iddia edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31