ABŞ-da 6,8 bal gücündə zəlzələ baş verib
11 Yanvar 2022 16:26 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Alyaska ştatında 6,8 bal gücündə zəlzələ baş verib.
Bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Məlumata əsasən, zəlzələnin episentrinin Nikolski bölgəsindən 71 kilometr cənub-şərqdə olduğu qeyd olunub.
22,3 kilometr dərinlikdə qeydə alınan zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.
İnsan təlafatı, xəsarət alan və ya maddi ziyan barədə məlumat verilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31