Sərhədi qanunsuz keçməyə cəhd edən 60-dan çox suriyalı saxlanılıb

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, İraqın təhlükəsizlik qüvvələri  yanvarın 11-də sərhədi qanunsuz keçməyə cəhd edən bir qrup Suriya vətəndaşını saxlayıb. 

Bu barədə Al Sumaria telekanalı məlumat yayıb .

Məlumata görə, təhlükəsizlik qüvvələri Suriya hakimiyyətinin nəzarətində olmayan ərazidən qaçaqmalçıların köməyi ilə İraqa yollanan 62 nəfəri saxlayıb.

İraq sərhəd xidmətindəki mənbə telekanala bildirib ki, "sərhəd pozucularına qarşı lazımi hüquqi tədbirlər görülüb".

Suriyanın şimal-şərq bölgələrində həyat şəraitinin pisləşməsi ilə əlaqədar son vaxtlar Suriya-İraq sərhədindən qeyri-qanuni keçidlər tez-tez baş verir. Ötən ilin dekabrında sərhəddə baş verən silahlı insidentdən sonra İraqın şimalındakı kürd muxtariyyətinin səlahiyyətliləri Suriyanın şimal-şərq bölgələrinə humanitar yardımın daxil olduğu Semalka (Balıq Xabur) keçid məntəqəsini bağlayıb.

Fırat xəbər agentliyinin verdiyi məlumata görə, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsinin müavini Mett Borrell yanvarın 4-də Qamışlı qəsəbəsində Demokratik Suriya Qüvvələrinin (SDS) kürd qüvvələrinin nümayəndələri ilə danışıqlar aparıb. O, bildirib ki, ABŞ-ın himayəsində olan Qərb koalisiyasının komandanlığı Fiş Xaburun açılmasına nail olmaq və Suriya ilə İraqın sərhədyanı rayonları arasında ticarət-iqtisadi əlaqələr yaratmaq üçün səy göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31