"İki ay ərzində avropalıların yarıdan çoxu Omicron virusuna yoluxacaq"- ÜST
11 Yanvar 2022 15:59 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edib ki, indiki yoluxma sürəti davam edərsə, Avropa əhalisinin yarıdan çoxu koronavirusunun Omicron variantına yoluxa bilər.
Bu barədə ÜST-ün Avropa üzrə direktoru Hans Kluge AFP-yə məlumat verib.
"Bu templə, Sağlamlıq Metrikləri İnstitutu bölgədəki əhalinin 50 faizindən çoxunun yaxın altı-səkkiz həftə ərzində omikrona yoluxacağını gözləyir"- deyə məlumatda bildirilib.
Ümumdünya Səhiyyə Təşkilatı hesab edir ki, koronavirusundan mutasiyaya uğramış Omikronun yayılması onun daşıdığı mutasiyalar və sosial qarışıqlığın artması da daxil olmaqla bir qrup faktorla bağlıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31