Sərxoş nənə iki yaşlı nəvəsini beşinci mərtəbədən atdı
11 Yanvar 2022 15:13 DünyaRusiyanın Nijni Novqorod vilayətində 62 yaşlı qadın sərxoş halda iki yaşlı nəvəsini beşinci mərtəbənin pəncərəsindən atıb, nəticədə uşaq ölüb.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, uşağın nənəsi sərxoş vəziyyətdə olarkən, yaşadığı mənzilin mətbəxindən nəvəsini pəncərədən atıb. Pəncərədən düşən uşaq qar yığınına düşüb. Lakin, məhkəmə-tibbi ekspertizası onun donmadan öldüyünü müəyyən edib.
Faktla bağlı azyaşlının öldürülməsi maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, bu maddəyə əsasən cinayətkar 8 ildən 20 ilədək müddətə azadlıqdan məhrum edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31